Mahaçqala-Bakı birbaşa aviareysləri açılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mahaçqala-Bakı birbaşa aviareysləri açılacaq

15:57 - 28 / 09 / 2018
Mahaçqala-Bakı birbaşa aviareysləri açılacaq

Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhəri ilə Bakı arasında birbaşa aviareyslər açılacaq.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Mahaçqala aeroportu baş direktorunun köməkçisi Kamila Qamzatova məlumat verib.

K.Qamzatovanın sözlərinə görə, aviareysin açılması barədə memorandumu IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Mahaçqala aeroportunun baş direktoru Arsen Pirmaqomedov və Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırov imzalayıblar.

Mahaçqala aeroportu 2014-cü ildə yenidən qurulub. Hazırda hava limanı daxili reyslərdə saatda 200 sərnişin, xarici reyslərdə isə saatda 60 sərnişin qəbul etmək imkanına malikdir. Aeroportun yeni beynəlxalq terminalı tikilir. Terminalın 2019-cu ildə istifadəyə veriləcəyi gözlənilir.

1news.az

Paylaş:
879

Son xəbərlər

Bütün xəbərlər