Toyu yasa çevirdi: “Ayılanda arvadımı xalamoğlunun...” – TƏFƏRRÜAT | 1news.az | Xəbərlər
Cəmiyyət

Toyu yasa çevirdi: “Ayılanda arvadımı xalamoğlunun...” – TƏFƏRRÜAT

16:04 - 28 / 09 / 2018
Toyu yasa çevirdi: “Ayılanda arvadımı xalamoğlunun...” – TƏFƏRRÜAT

Sentyabrın 16-da Şamaxı rayonunda baş verən dəhşətli hadisənin müəmmalı tərəfləri hələ də açılmayıb. Bir saatın içərisində bir nəfər öldü, digəri ölümcül yaralandı. Bu faciə rayonun Pirbəhli kəndində qeydə alınıb.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, kənd sakini Əmrah İbrahimovun evində xalası oğlu, 27 yaşlı Şirinbala Mövlamov ölü tapılıb, Əmrahın arvadı 36 yaşlı Mixək isə qarnından güllə yarası alıb.

Şamaxı rayon Prokurorluğunda hadisə ilə bağlı araşdırmalar başlanılıb. İşi aparan müstəntiq Sənan İbrahimov bu qənaətə gəlib ki, hadisədə təqsirli bilinən şəxs Əmrahdır.

Ona arvadını xüsusi amansızlıqla öldürməyə cəhd etməyə görə ittiham verilib və Şamaxı rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs olunub. Lakin hələ də Şirinbalanın ölümü ilə bağlı istintaq hər hansı nəticəyə gələ bilmədiyi üçün bu fakt üzrə ittiham verilməyib. 

İstintaqın gəldiyi qənaətə görə, Ə.İbrahimov arvadının ona Şirinbala ilə xəyanət etdiyini bildikdən sonra tüfənglə onu vurmaq istəyib və silahı ona tərəf doğruldub. Lakin həmin zaman otaqda olan uşaqlar ondan analarını vurmaması üçün yalvarıblar. Buna görə Əmrah silahı arvadı Mixəyə verib və ondan özünü öldürməsini tələb edib. Qadın da uşaqlarının gözü qarşısında özünü qarın boşluğundan vurub. Xəstəxanaya yerləşdirildiyi üçün o həyatda qalıb. 

Lakin təqsirləndirilən Əmrah İbrahimov bu ittihamı qəbul etməyib və hadisədə heç bir günahı olmadığını bildirib.

Vəkili Vasif israfilov müvəkkili ilə görüşdükdən sonra hadisənin detallarını öyrənib və Ə.İbrahimovun azadlığa buraxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə vəsatət verib.

V.İsrafilov qeyd edib ki, hadisə günü Ə.İbrahimov 4 yaşlı oğluna sünnət toyu edib. Toyun qonaqlarından biri də Əmrahın xalası oğlu Şirinbala olub. Əmrahın mərhum bacısı ilə evli olmuş Şirinbala Quba rayonundan toya gəlib və çoxlu içki qəbul edib. Məclisdən sonra da xalaoğlular evdə yeyib-içməyə davam ediblər. Daha sonra hər ikisi sərxoş vəziyyətdə yatıblar. Əmrah gecə saat 02 radələrində oyanıb və arvadının yanında olmadığını görüb. Yan otağa keçən zaman Mixəyin orada Şirinbalanın yanında çılpaq uzandığını görüb. Arvadını gecə ilə qayınanasıgilə aparıb və boşanacağını bildirib. Daha sonra evə qayıdıb, Şirinbala isə sərxoş olduğu üçün baş verənlər zamanı oyanmayıb. 

Əmrah səhər təxmən saat 6-da mal-qaranı naxıra qoşmaq üçün evdən çıxıb, saat 07:30 radələrində evə qayıdıb və həyətdə olarkən evdən güllə səsi eşidib. Evə qaçarkən uşaqları ağlayaraq onun qabağına çıxıb və Şirinbalanın özünü öldürdüyünü, buna görə də analarının da özünü öldürmək istədiyini deyiblər. Əmrah uşaqlarla birgə otağa girib və görüb ki, Mixək Şirinbalanın meyitinin ayaqlarının yanında əlində tüfənglə dayanıb və özünü öldürəcəyini deyib. Əmrah tüfəngi ona verməsini və özünü öldürməməsini desə də, Mixək təkid edib. Bu zaman Əmrah tüfəngdən atəş açılarsa qırma dəyməsin deyə uşaqları otaqdan çölə çıxarıb, həmin vaxt da otaqdan atəş səsi gəlib. Dərhal otağa qayıdan Əmrah Mixəyin yaralı olsa da, sağ olduğunu görüb, polisə və təcili tibbi yardıma məlumat verib. Onun sayəsində Mixək həyatda qalıb.

Həmçinin, tüfəngin necə əldə edilməsi də müəmmalı qalır. Çünki tüfəng ayrı otaqda, patronlar başqa otaqda gizli yerdə saxlanılıb. Qonaq olan Şirinbala isə onların yerini bilməyib. Müdafiə tərəfinin versiyasına görə, Mixək atası evindən Əmrahın evinə gəlib tüfəngi və patronları götürərək Şirinbalanı oyadıb və o, özünü öldürüb. Tərəf hətta Şirinbalanı Mixəyin güllələməsindən də şübhələnir.

Ə.İbrahimovun oğlundan başqa 12 və 14 yaşlarında iki qızı var. İstintaq onları da dindirib. Vəkil bildirib ki, uşaqların ifadəsi qanuni nümayəndə olmadan qanunsuz olaraq alınıb.

Ə.İbrahimovun barəsində həbs-qətimkan tədbirinin ləğv olunması ilə bağlı vəsatəti Sumqayıt Apellyasiya Məhkəməsi təmin etməyib, o həbsdə qalıb.

1news.az

Paylaş:
438

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər