Baş prokuror: Mingəçevirdə elektrik stansiyasında baş vermiş qəza ilə bağlı araşdırmalar davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş prokuror: Mingəçevirdə elektrik stansiyasında baş vermiş qəza ilə bağlı araşdırmalar davam edir

11:37 - 28 / 09 / 2018
Baş prokuror: Mingəçevirdə elektrik stansiyasında baş vermiş qəza ilə bağlı araşdırmalar davam edir

Mingəçevirdə "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı araşdırmalar davam edir.

1news.az-ın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib.

Baş prokuror bildirib ki, hazırda mütəxəssislərin iştirakı ilə qurğulara baxış keçirilir:

"Bu gün də müstəntiqlərimiz hadisə yerindədirlər. Sözsüz ki, biz ilk hallarda həm səhlənkarlıq, həm ciddi maddi pozuntular müəyyən edirik. İstintaq təzə başlayıb. İstintaqın nəticəsi haqqında məlumat verəcəyik. "Azərenerji"nin yeni rəhbərliyi ilə birlikdə əsas məqsədimiz ondan ibarətdir ki, "Azərbaycan" İstilik Elektrik Stansiyasında qısa zamanda təmir-bərpa işi həyata keçirilsin ki, gələcəkdə belə xoşagəlməz hadisə baş verməsin".

S.Xankişiyeva

Paylaş:
452

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər