Bakıda avtobusları qadınlar sürəcək – FOTO – VİDEO

Bakıda ilk dəfə olaraq sərnişin avtobuslarına qadın sürücülər dəvət olunacaq.
1news.az-ın məlumatına görə, “Xaliq Faiqoğlu” MMC ilk dəfə olaraq ictimai nəqliyyatda sürücü kimi işləmək istəyən xanımları əməkdaşlığa dəvət edir.
Qeyd edək ki, “D” sürücülük kateqoriyası olan və avtobus sürücüsü kimi işləmək istəyən qadınlar [email protected] e-mail ünvanına cv yollaya və ya şirkətin Mir Cəlal küçəsi 1D ünvanında yerləşən ofisinə birbaşa müraciət edə bilər.
Yeni sürücülər üçün müvafiq təcrübə proqramları təşkil ediləcək. İşə qəbul ediləcək qadın sürücülər 8 saatlıq iş rejimində fəaliyyət göstərəcək və “EURO 5” standartlı müasir avtobusları idarə edəcək.
Qeyd edək ki, bir çox ölkələrdə, eləcə də qonşu dövlətlərdə ictimai nəqliyyat sistemində qadın sürücülər kifayət qədərdir.
Beləliklə, “Xaliq Faiqoğlu” MMC şirkəti tərəfindən qadın sürücülərlə bağlı maraqlı videonu təqdim edirik:
1news.az