Milli Məclisin deputatı işə metro ilə gedir – FOTO

Milli Məclisin deputatı Naqif Həmzəyev Bakıda metrosunda fotokameralara tuş gəlib.
1news.az-ın verdiyi xəbərə görə, fotoda deputatın ayaqüstə dayanaraq telefonu ilə məşğul olduğu əks olunub.
Naqif Həmzəyev Modern.az-a açıqlamasında deyib ki, uzun illərdir ki, ictimai nəqliyyatdan istifadə edir:
“Qatarda şəklimin çəkilməsinə nə deyə bilərəm ki!.. Bu adi haldır. Foto “Elmlər Akademiyası” stansiyasında qatarda gedərkən çəkilib. Neçə ildir ki, ictimai nəqliyyatdan istifadə edirəm. Gəncədə də işə çox vaxt piyada gedirəm. Burada qeyir-adi heç nə yoxdur.”
Qeyd edək ki, deputatın vaqonda çəkilən fotosu sosial şəbəkədə yayılıb.
S.Xankişiyeva
3339