Kapital Bank-ın filiallarında təqaüdçülər işləyəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank-ın filiallarında təqaüdçülər işləyəcək

12:30 - 01 / 10 / 2018
Kapital Bank-ın filiallarında təqaüdçülər işləyəcək

Kapital Bank 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə növbəti sosial layihə həyata keçirir.

Layihə çərçivəsində paytaxt filiallarında təqaüdçülər müştərilərə xidmət göstərəcək. Yeni layihə “Üçüncü Bahar” təşəbbüs qrupunun təşkilatçılığı ilə keçirilir.

1 ay ərzində davam edəcək layihə zamanı təqaüdçülər, filiala gələn yaşlı müştəriləri almaq istədikləri xidmət üzrə yönəldəcəklər. Bu layihə Kapital Bank-ın “Könüllülər” proqramı çərçivəsində həyata keçirilir.

“Bildiyiniz kimi Kapital Bank hər il Ahıllar Günü ərəfəsində yaşlı insanlar üçün müxtəlif tədbirlər keçirir. Ötən il keçirdiyimiz maliyyə savadlığı tədbirlərindən sonra tələbatın artdığını görüb, “Yaşa” Mərkəzini yaratdıq. Builki “Könüllülər” proqramında iştirak edən təqaüdçülər əsasən ahıl müştərilərimizə xidmət göstərəcək və onlara bank əməliyyatlarını həyata keçirməkdə köməklik edəcəklər. Layihəni keçirməkdə məqsəd, yaşlı müştərilərə məhz təqaüdçülər tərəfindən xidmət göstərməklə, onlarda özlərinə inam hissini artırmaqdır”, – deyə, Kapital Bank-ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva bildirib.

Qeyd edək ki, “Yaşa” Mərkəzi Kapital Bank-ın dəstəyi və “Üçüncü Bahar” təşəbbüs qrupunun təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərir. Mərkəz Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində (Bakıxanov qəsəbəsi, Y. Əliyev küç.,1) fəaliyyət göstərir. Mərkəzin hazırda 300-dən artıq fəal üzvü var və hər layıhə üzrə 40-50 nəfər qoşularaq, təlimlərdə iştirak edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
540

Son xəbərlər

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38
Bütün xəbərlər