Dəhşətli qəzada yaralananların vəziyyəti: bir nəfərin böyrəyi kəsilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dəhşətli qəzada yaralananların vəziyyəti: bir nəfərin böyrəyi kəsilib

11:07 - 02 / 10 / 2018
Dəhşətli qəzada yaralananların vəziyyəti: bir nəfərin böyrəyi kəsilib

Dünən Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində yaralanan şəxslərin son vəziyyəti açıqlanıb.

1news.az  “qafqazinfo”ya istinadla xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda yaralıların əksəriyyətinin yerləşdirildiyi Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında 12 nəfər saxlanılır. Onlardan 5 nəfəri reanimasiya şöbəsindədir, 3 yaralı əməliyyat olunub, 2 nəfərin vəziyyəti ağırdır. 

“Semaşko” xəstəxanasında 6 nəfər yerləşdirilib, onlardan 2 nəfəri artıq evə buraxılıb. Qalan yaralıların 3-nün vəziyyəti orta ağır, birinin vəziyyəti  isə ağırdır. Həmin şəxsin böyrəyinin biri kəsilib götürülüb.

Travmotologiya İnstitutuna isə 3 nəfər gətirilib, onlardan biri artıq evə buraxılıb. Qalan iki nəfərdən biri bu gün əməliyyat olunacaq.

Qeyd edək ki, qəza nəticəsində 34 nəfər yaralanıb, 13 yaşlı məktəbli vəfat edib.

1news.az 

Paylaş:
493

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər