Qızına yarım milyonluq toy edən məmur işdən qovuldu – FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov işdən çıxarılıb.
1news.az-ın Oxu.Az-a istinadla verdiyi xəbərə görə, BŞİH-dən bildirilib ki, bu barədə icra hakimiyyəti başçısının müavini Eldar Əzizov dünən əmr imzalayıb.
Qeyd edək ki, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov bir müddət əvvəl qızı Aysel Şükürovanın toyuna 400 min dollar xərcləməsi, yeni kürəkəninə isə toyun səhəri 250 min manat dəyərində “Porşe” hədiyyə aldığı barədə yayılan xəbərlərlə gündəmə gəlmişdi.
Bu günlərdə Bakı Lift-Təmir İstehsalat Birliyində yoxlamalar aparılır.
Qızına dəbdəbəli toy edən azərbaycanlı məmurun korrupsiya əməlləri üzə çıxdı – TƏFƏRRÜAT
S.Xankişiyeva
1283