Aktrisa əri ilə tanışlığından danışdı: "... ümumiyyətlə, maraqlanmayıb" | 1news.az | Xəbərlər
Mədəniyyət

Aktrisa əri ilə tanışlığından danışdı: "... ümumiyyətlə, maraqlanmayıb"

12:40 - 04 / 10 / 2018
Aktrisa əri ilə tanışlığından danışdı: "... ümumiyyətlə, maraqlanmayıb"

Aktrisa Ülviyyə Əliyeva "Milyonluq quş" filminin təqdimatında fotokameramıza tuş gəlib.

1news.az-ın verdiyi xəbərə görə, gecəyə həyat yoldaşı ilə birgə qatılan aktrisa BiG.AZ-a müsahibə də verib.

- Ülviyyə xanım, bu yaxınlarda ikinci dəfə ailə həyatı qurdunuz. Evlilik həyatınız necə gedir?

- Hər şey yaxşıdır, hamıda necə bizdə də elədir. Yemək də bişirirəm, ev işləri də görürəm, sənətimə də vaxt ayırıram.

- Ailə qurandan sonra ekranlarda daha az-az görünürsüz?

- Deməzdim, yeni verilişimiz hazırlanır. Anonslar hazırlanır. Əvvəllər 4 yerdə işləyirdim, ailə qurandan sonra 5 yerdə işləyirəm (gülür)

- Həyat yoldaşınız qısqancdır?

- Qətiyyən elə bir xüsusiyyəti yoxdur. O ailə quranda da bilirdi ki, mən aktrisayam. Sənətimə görə tez-tez kişi həmkarlarımla görüntülənə, onlarla eyni ekran işindı rol ala bilərəm. Ona görə də hər şeyi nəzərə almışıq. Qısqanc biri deyil, bu da məni sevindirir.

- Övlad sahibi olmaq gözlənilirmi?

- Allah qismət etsə, inşaAllah. Hələ ki yoxdur.

- Yoldaşınızla tanışlığınız necə başladı? Sirr deyilsə bilmək istəyərdik.

- 3 il imiş ki məni sevirmiş, amma mənim xəbərim olmayıb. "Zəhmətkeş ulduzlar" verilişinin rejissoru həyat yoldaşının dayısıdır. Rusiya vətəndaşıdır. Məni həmin verilişin çəkilişindən gələndə görüb bəyənmişdi. Onu da deyim ki, həyat yoldaşım nə filmlərimi izləyib, nə də aparıcılıq etdiyim verilişlərə baxıb. Yaradıcılığımla ümumiyyətlə maraqlanmayıb. İnsan kimi görüb, bəyənib. Sonradan sevgisini etiraf etdi, mən də şans verdim, münasibətimiz gördüyünüz kimi evliliklə nəticələndi.

- Həyat yoldaşınız sizdən öncə ailəli olub. Onun əvvəlki ailəsi ilə münasibətiniz necədir?

- Həyat yoldaşımın əvvəlki evliliyindən bir qız övladı var. Münasibətlərimiz çox yaxşıdır. Çünki bu ailədir. Dırnağı ətdən ayırmaq olmaz. Yoldaşımı istəyirəmsə, ona hörmət edirəmsə, onun keçimişinə də hörmət edəcəm, qızını da çox istəyəcəm. Gözəl münasibətimiz var, çox şükür.

- Əməkdar artist Tünzalə Əliyevanın səhhəti ilə bağlı sosial şəbəkələrdə yayılan müzakirələr haqqında nə deyə bilərsiz?

- O tənqidləri oxumaq mənə xoş gəlmir. Təbii ki, Tünzalə xanıma da xoş gəlmir. Onun vəziyyətini nəzərə alıb, bir az yumşaq danışmaq lazımdır. Həmkarıq, evimə gəlib-gedən adamdır. Onun xərçəng xəstəliyinə yoluxduğunu eşidəndə şok oldum. Mədəkiçiltmə əməliyyatından sonra arıqladı, immuniteti zəiflədi, xəstəlik sağlamlığını üstələdi. Odur ki, bütün izləyənlərə, oxuyanlara məsləhət edirəm ki, öncə immuntetinizi güclü saxlayın. Əvvəlki vaxtlar zəifləyib qrip olurdunsa, indi xərçəng ola bilərsən.

- Nisbətən çəki aldığınız gözümüzdən yayınmadı. Pəhrizi pozmusunuz, deyəsən?!

- Bal ayımız 2 ay çəkdi (gülür). Ona görə də, yediklərimə diqqət etmədim. Amma, dietoloqumla məsləhətləşib yenidən arıqlamağa çalışacam.

- Səmimi müsahibə üçün, təşəkkür edirik.

- Siz sağ olun!

S.Xankişiyeva

Paylaş:
2394

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər