Şənbə və bazar günləri Bakının bəzi ərazilərində hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏ | 1news.az | Xəbərlər
İqtisadiyyat

Şənbə və bazar günləri Bakının bəzi ərazilərində hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏ

17:03 - 05 / 10 / 2018
Şənbə və bazar günləri Bakının bəzi ərazilərində hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏ

Təmir işləri ilə əlaqədar olaraq şənbə və bazar günləri Bakının bəzi ərazilərində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə 1news.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, təmir işləri ilə əlaqədar olaraq oktyabrın 6-da axşam saat 23:00-dan oktyabrın 7-də səhər saat 06:00-a qədər (7 saat) Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində, həmçinin oktyabrın 7-də axşam saat 23:00-dan səhər saat 6:00-a qədər (7 saat) Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından şəhər istiqamətində köməkçi yolun Bağırov körpüsünün altından keçən hissəsində hərəkət məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri xahiş olunur.

1news.az

Paylaş:
516

Son xəbərlər

Bütün xəbərlər