Bakıdakı lift qəzasının yeni təfərrüatları ortaya çıxıb  – FOTO – VİDEO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıdakı lift qəzasının yeni təfərrüatları ortaya çıxıb  – FOTO – VİDEO – YENİLƏNİB

14:31 - 05 / 10 / 2018
Bakıdakı lift qəzasının yeni təfərrüatları ortaya çıxıb  – FOTO – VİDEO – YENİLƏNİB

Bakının Nəsimi rayonu ərazisində çoxmərtəbəli binanın liftinin qırılması ilə bağlı cinayət işi başlayıb.

1news.az-ın verdiyi xəbərə görə, hadisə paytaxtın Asif Məhərrəmov küçəsi, 44 ünvanında “Göyəzən MTK-nın inşa etdiyi binada baş verib.

Hadisə nəticəsində lift 1979-cu il təvəllüdlü Yusifova Mahirə Yusif qızının üzərinə düşüb və nəticədə qadın hadisə yerində dünyasını dəyişib.

İlkin araşdırma nəticəsində məlum olub ki, lift 2016-cı ildə mənzil mülkiyyətçilərinin müştərək idarə etdiyi “Nəsimi 3” adı ilə qeydiyyata alınmış şirkət tərəfindən quraşdırılan liftin trosları zədələnib. Lakin “Nəsimi 3” MMC-nin idarə heyətinin sədri Əzizov Soltanəhməd Şota oğlu bu sahə üzrə heç bir peşə bacarığı olmadan, özbaşına, aidiyyəti qurumların mütəxəssislərini dəvət etmədən və texniki təhlükəsizlik qaydalarına riayət etmədən liftin kabinəsini saxlayan trosları dəyişmək üçün lifti 9-cu mərtəbəyə qaldırıb, liftin aşağı düşməsinin qarşısını almaq üçün 10-cu mərtəbədə liftin mühərrikinin şkiflərinin üzərindən 3 ədəd trosu sıxac vasitəsilə şkifə sıxıb.

Daha sonra o, 1-ci mərtəbədəki liftin şaxtasına girib liftin troslarına bağlanmış yükləri açıb. MMC rəhbəri müəssisədə xadimə işləyən, Sabirabad rayonunun Dadaşbəyli kəndində anadan olmuş, Biləcəri qəsəbəsində kirayədə yaşayan, 1979-cu il təvəllüdlü Yusifova Mahirə Yusif qızına lift şaxtasının döşəməsinin zibillərdən təmizləməyi tapşırıb.

Bundan sonra S.Əzizov liftin mühərrik hissəsinə gələrək şkifə bağladığı trosun boltunu açıb. Bu vaxt liftin kabinəsi 9-cu mərtəbədən yüksək sürətlə aşağı enərək şaxtada təmizlik aparan qadının üzərinə düşüb. Hadisə nəticəsində liftin altında qalan qadının baş və beyni əzilərək dağılıb, nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

10:36

Bakıda xadimə işləyən qadın lift şaxtasını təmizləyərkən qırılan liftin altında qalıb. 37 yaşlı Mahirə Yusifova elə yerindəcə dünyasını dəyişib.

1news.az-ın xəzər tv-yə istinadla verdiyi xəbərə görə, dəhşətli hadisənin görüntüsü binanın təhlüksizlik kamerasına düşüb.

Hadisə dünən günorta saatlarında, paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 44a ünvanında baş verib. Hadisə anı anbaan binanın blokunda olan təhlükəsizlik kamerasına düşüb.

Hadisə baş verdikdən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Şaxtada dünyasını dəyişən qadının meyiti çətinliklədə olsa, oradan çıxarılıb. Nəsimi rayon prokurorluğunun əməkdaşlarının verdiyi məlumata görə, hadisə nəticəsində dünyasını dəyişən qadın 37 yaşlı Mahirə Yusifova olub. Araşdırma zamanı məlum olub ki, səhər saatlarında binanın liftində nasazlıq yaranıb. Binaya nəzarət edən komendant Sultanməcid Əzizov usta çağıraraq lifti təmir etdirmək istəyib.

Çəkiliş apardığımız zaman həmin ünvana mərhumun həyat yoldaşı da gəldi. Əslən Qəbələdən olan ailə bir neçə ildir ki, Bakıda kirayədə yaşayırmış.

Hadisədən sonra binanın komendantı və usta Nəsimi rayon prokurorluğuna aparılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Lift qəzasında ölən qadının görüntüləri yayıldı – VİDEO – YENİLƏNİB

Paylaş:
2773

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər