İşdən çıxarılan lift idarəsinin qızı: "Bəziləri kimi 5 arvad saxlamır" – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İşdən çıxarılan lift idarəsinin qızı: "Bəziləri kimi 5 arvad saxlamır" – FOTO

11:07 - 05 / 10 / 2018
İşdən çıxarılan lift idarəsinin qızı: "Bəziləri kimi 5 arvad saxlamır" – FOTO

Ötən gün vəzifəsindən azad edilən Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi Qüdrət Şükürovun qızı Aysel Şükürova atası haqqındakı rüşvət qalmaqalı, yeyinti ilə bağlı xəbərlərə aydınlıq gətirib.

1news.az-ın sonxeber.az-a istinadla verdiyi xəbərə görə, o, atası haqda yazılan xəbərləri yalanlayıb.

“Mənim atam bu yerə fəhləliklə, öz savadı, gücü hesabına gəlib. O, kişi kimi insandı. Bəziləri kimi 5 arvad saxlamır. Evinə, ailəsinə bağlı adam olduğunu hər kəs bilir. Atam mənim fəxrimdir. Bizə vacib olan atamın can sağlığıdır. Heç kim onsuzda ölənə qədər işləmir. Mən atamı bilirəm o, heç kimin pulunu yeməz. Mənim atam alnı açıq, təmiz insandır. Hər yazılanla fikir verməyin”.

Xatırladaq ki, Ayselin toyuna 400 min pul xərclənmişdi. Q.Şükürov da həmin xəbərdən sonra tənqid edilmişdi. Aysel özü də toy xəbərindən sonra bloqqer kimi tanınmağa başladı.

Aysel atasının işdən çıxarılmasına söyüşlə cavab verdi - FOTO

Qızına yarım milyonluq toy edən məmur işdən qovuldu –  FOTO

Qızına dəbdəbəli toy edən azərbaycanlı məmurun korrupsiya əməlləri üzə çıxdı – TƏFƏRRÜAT  

S.Xankişiyeva

 

Paylaş:
2285

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər