Hacıbala Abutalıbova yeni vəzifə verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıbala Abutalıbova yeni vəzifə verilib

16:03 - 06 / 10 / 2018
Hacıbala Abutalıbova yeni vəzifə verilib

Nazirlər Kabineti Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin siyahısında dəyişiklik edib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, baş nazirin keçmiş müavini Abid Şərifov Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədrliyindən çıxarılıb. Həmin vəzifəyə baş nazirin müavini Hacıbala Abutalıbov təyin olunub. 

Bundan başqa, təhsil nazirinin müavini Firudin Qurbanov komissiya üzvlüyündən azad olunub. Təhsil naziri Ceyhun Bayramov isə komissiya üzvlərinin siyahısına daxil edilib. 

Paylaş:
2202

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər