Sabaha olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabaha olan hava proqnozu açıqlanıb

13:50 - 08 / 10 / 2018
Sabaha olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabr ayının 9-na olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 18-22,  Bakıda gecə 15-17, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 764 mm  civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 09-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 19-24, dağlarda gecə 3-7, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Babək Cahandarov

Paylaş:
274

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər