Taksi sürücüləri ilə polis arasında qarşıdurma: saxlanılanlar var – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Taksi sürücüləri ilə polis arasında qarşıdurma: saxlanılanlar var – FOTO

12:41 - 10 / 10 / 2018
Taksi sürücüləri ilə polis arasında qarşıdurma: saxlanılanlar var – FOTO

Metronun “Koroğlu” metrostansiyası yaxınlığındakı dayanacaqda taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə polis əməkdaşları arasında mübahisə yaşanıb.

1news.az-ın Bizimyol.info-ya  istinadla verdiyi xəbərə görə, bu barədə hadisə yerində olan jurnalist Şahin Sərdarlı məlumat verib.

Taksi sürücüləri bildirib ki, bəzi polis əməkdaşları onların həmin ərazidə taksi fəaliyyəti ilə məşğul olmaqlarına imkan vermir, gün ərzində bir neçə dəfə protokol tərtib edirlər. Taksi sürücüləri arasında Qarabağ müharibəsi veteranı da var idi.

Əraziyə Post Patrul Xidmətinin (PPX) yüksək rütbəli əməkdaşları da gəlib.

Məsələnin araşdırılması üçün taksi sürücüləri polis bölməsinə aparılıb.

S.Xankişiyeva

Paylaş:
2733

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər