Samsung-dan “ağıllı saat” – Galaxy Watch | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samsung-dan “ağıllı saat” – Galaxy Watch

10:00 - 11 / 10 / 2018
Samsung-dan “ağıllı saat” – Galaxy Watch

“Ağıllı saatlar” haqqında ilk məlumata Yan Fleminqin romanlarında rast gəlmək olar.

Super casus Ceyms Bondun yaradıcısı olan bu yazıçı, qələm üzərində “agent 007”-yə peycer və ratsiya kimi işləyən, səsli və yazılı ismarışları qəbul edən, həmçinin digər  funksiyaları özündə birləşdirən saat bağışlayır. Günümüzdə belə bir cihazla heç kimi heyrətləndirməyə müvəffəq olmasaq da, 1981-ci ildə çəkilmiş film və təqdim edilmiş yeni cihaz geniş marağa səbəb olub. Təəccüblü deyil ki, bir neçə il sonra “Bondun casus cihazını” real həyatda yaratmaq cəhdləri irəli sürülür və bu andan etibarən müasir smart saatlarının bünövrəsi qoyulur. 

Samung-un yeni smart saatları Galaxy Note 9-un rəsmi “Unpacked” mərasimində təqdim edilib. Galaxy Watch-ın klassik ənənəvi dizaynı, 360×360 icazəli 1.3” Super AMOLED  displey ilə birləşir. Bu matrisaya xas olan “təbii rəng ötürülməsi” ilə fərqlənən displeyin parlaqlığı 10 pilləli göstərici civarında tənzimlənir və bilavasitə günəş şüaları altında işıqlandırma sensorunun sayəsində avtomatik dəyişir. Galaxy Watch siferblat ölçüsündən asılı olaraq iki versiyada təqdim olunur  – 42 mm və 46 mm. Kiçik ölçülü versiya ənənəvi “qara” və bu ilin yeniliyi olan “rose gold” rəngində, böyük ölçülü isə – yalnız “gümüşü” rəngdə təmsil olunur.

Smart saatlarının bütün yeni modelləri xüsusi gücləndirilmiş şüşə ilə təchiz olunub. Həmçinin, Galaxy Watch-ın yüksək standartlara uyğun sudan mühafizəsi sayəsində, yağış və digər ekstremal hava şəraitində istifadənin təmin edilməsi ilə yanaşı, hətta suyun 50 metrə dərinliyinə qədər dalmağa imkan yaradılır.  5 ATM suya davamlılığı sayəsində istənilən hava şəraitində smart saatdan istifadə etmək mümkündür. Yeni saatların avtonom işləmə vaxtı 2.5-3 gündür.

Saat interfeysi “dairə” prinsipi üzərində qurulub, belə ki, burada proqram menyusu çevrə daxilində yerləşdirilib, interfeys üzrə naviqasiya isə bezel adlanan displey ətrafı halqanın köməyi ilə həyata keçirilir.Vidjetləri silmək və yenilərini əlavə etmək mümkündür, yeni proqramları isə Samsung Apps-dən yükləmək olar.

Quraşdırılmış əlavələrin köməyi ilə məktublara nəzər yetirə və cavab yaza, fiziki aktivliyi izləyə, altimert sayəsində isə hündürlüyü belə təyin etmək mümkündür. GPS modulu isə smartfon istifadə etmədən, qaçış zamanı və ya velosipedlə qət edilmiş distansiyanı təyin etmək olar.

Xüsusi S Health proqramının köməyi ilə Galaxy Watch nəinki, addım sayını müəyyən etməyə, hətta qaçmaq, üzmək, velosiped sürmək, yoqa ilə məşğul olmaq, avar çəkmək, trenajorla məşğul olmaq kimi bir çox fiziki aktivlik haqqında məlumat toplamağa qadirdir. Ən əsası isə istənilən idmanla məşğul olduqda “ağıllı saat” optik pulsometrin köməyi ilə ürək döyüntüsü haqqında məlumatı toplayaraq, siferblatda əks etdirilir. 

Həmçinin, saat yuxu prosesini və keyfiyyətini təqib edərək (yuxuya gedərkən, qolda olduğu halda), istifadəçinin nə zaman oyandığını təyin edib, ekranda hava haqqında məlumatı, tarixi, nəzərdə tutulmuş görüşləri, qeydləri və gün ərzində avtonom işləmə vaxtını əks etdirir.

Yeni Galaxy Watch smart saatları haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics və Kontakt Home, mağazalar şəbəkəsindən əldə etmək mümkündür.

Reklam hüququnda

 

Paylaş:
828

Son xəbərlər

Bütün xəbərlər