Gözyaşardıcı qazı şagirdə atası veribmiş: "Özünü müdafiə edərsən" - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gözyaşardıcı qazı şagirdə atası veribmiş: "Özünü müdafiə edərsən" - VİDEO

10:09 - 11 / 10 / 2018
Gözyaşardıcı qazı şagirdə atası veribmiş: "Özünü müdafiə edərsən" - VİDEO

Ötən gün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər gözyaşardıcı qazdan zəhərləniblər.

1news.az-ın baku.ws-ə istinadla verdiyi xəbərə görə, bununla bağlı İTV-nin əməkdaşları hadisə yerində olub.

Məktəbin direktor müavini kanal əməkdaşına bildirib ki, hadisə ilə əlaqədar uşaq və onun atası saxlanılıb.

“Həmin gözyaşardıcı qaz balonunu uşağa atası verib ki, kimsə sənə xəsarət yetirmək istəsə, özünü müdafiə edərsən. Şagird isə gözyaşardıcı qazı sinifdə uşaqlar arasında istifadə edib”, - deyə məktəb nümayəndəsi bildirib.

Qeyd edək ki, məktəbdə baş vermiş zəhərlənmə ilə bağlı 6 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Bakıda şagird məktəbə gözyaşardıcı qaz buraxıb

S.Xankişiyeva

 

Paylaş:
1985

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər