Xoşqədəmin canlı efirdə halı pisləşdi – VİDEO
Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram” verilişində gərgin anlar yaşanıb.
1news.az-ın Baku.ws-ə istinadən verdiyi xəbərə görə, verilişdə gərgin müzakirələr zamanı aparıcının qəfil halı pisləşib.
Ayaq üstdə durmaqda çətinlik çəkən Xoşqədəmə ətrafındakılar kömək edib. Divana oturan Xoşqədəm daha sonra verilişi davam etdirə bilib.
Efirdən sonra sosial şəbəkədə açıqlama yayan Xoşqədəm 39 dərəcə istiliyi olduğunu və çox ağır vəziyyətdə efirə çıxdığını bildirib.
1news.az
9414