Zirədə icazəsiz balıq ovlayan Qax sakini saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Zirədə icazəsiz balıq ovlayan Qax sakini saxlanılıb

17:45 - 16 / 10 / 2018
Zirədə icazəsiz balıq ovlayan Qax sakini saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xəzər dənizinin Zirə qəsəbəsinin sahil zonasında icazəsiz balıq ovlayan şəxs saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, araşdırma zamanı ov edən şəxsin Qax rayon sakini Vüqar Məmmədov olduğu müəyyən edilib. Ondan ovladığı balıqlar və ov alətləri götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyerə 429 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

1news.az

Paylaş:
392

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər