Bakıda köhnə tikilidə insan skeleti tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda köhnə tikilidə insan skeleti tapıldı

10:43 - 16 / 10 / 2018
Bakıda köhnə tikilidə insan skeleti tapıldı

Bakıda fəhlələr köhnə qanunsuz tikilini sökərkən insan sümüklərini aşkar ediblər.

1news.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilir ki, fəhlələr Şüvəlan qəsəbəsində köhnə tikilini sökməyə hazırlaşarkən, içəridə insan skeletinə rast gəliblər. Patoloqoanatomlar skeletə baxış keçirən zaman məlum olub ki, sümükləri aşkar olunan insan təxminən 3 ay əvvəl ölüb.

Məlumat bazasını araşdırarkən məlum olub ki, bu ilin iyul ayında Mərdəkan qəsəbəsi sakini, 1931-ci il təvəllüdlü Ağabala Şərifov itkin düşüb. Məlumatlar tutuşdurulan zaman skeletin məhz Şərifova aid olduğu təsdiqini tapıb.

Hazırda yaşlı kişinin ölüm səbəbi araşdırılır. İstintaq 87 yaşlı Mərdəkan sakininin Şüvəlandakı köhnə tikiliyə niyə və necə gəldiyini müəyyən etməyə çalışır.

1news.az

Paylaş:
6920

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər