Azərbaycan Beynəlxalq Bankı “Global Influencer Day” tədbirinin keçirilməsinə dəstək göstərəcək – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı “Global Influencer Day” tədbirinin keçirilməsinə dəstək göstərəcək – FOTO

12:00 - 16 / 10 / 2018
Azərbaycan Beynəlxalq Bankı “Global Influencer Day” tədbirinin keçirilməsinə dəstək göstərəcək – FOTO

“Global Influencer Day” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə 26-30 oktyabr tarixlərində ölkəmizdə ilk dəfə olaraq təşkil etdiyi “İnnovasiyalar həftəsi” çərçivəsində “Keepface DMCC” və “FA International Trade Events”in təşkilatçılığı ilə oktyabrın 27-də baş tutacaq.

Müasir dövlət bankı olaraq innovativ inkişafa daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı da bu tədbirin bank sponsorudur.

“İnnovasiyalar həftəsi”ndə yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq imkanı yaradılacaq, konfranslar, forum və yarışlar, sərgi keçiriləcək. Beləliklə, bu tədbirlər ölkəmizdə informasiyalı cəmiyyətin inkişafına, rəqəmsal texnologiyaların tətbiqinə, innovasiyaların əhatə dairəsinin genişlənməsinə töhfə verəcək. 

“Global Influencer Day”də dünyanın ən uğurlu süni intellekt nümunəsi, ilk vətəndaş robot Sofia da iştirak edəcək. Sofia təşkilatçıların dəvətini artıq “qəbul edib” və hazırda Azərbaycana səfərə hazırlaşır. O, Bakıda görüşünə gələnləri ana dilimizdə salamlamaqdan ötrü indi Azərbaycan dilini öyrənir. Beləliklə, “Global Influencer Day”ə gələnlər dünyanın bu ən ağıllı robotu ilə ünsiyyət qura biləcəklər.

Sofiadan savayı, “Global İnfluencer Day”ə dünyanın 30 müxtəlif ölkəsindən hər birinin 1 milyondan çox izləyicisi olan “ınfluencer”lər qatılacaq. Yada salaq ki, “ınfluencer” - yaratdığı faydalı məzmunla özünə geniş izləyici auditoriyası toplamış, onları yönləndirmə və inandırma gücünə malik istedadlı şəxslərdir. Aktiv, innovativ brendlər “ınfluenser”lər vasitəsilə öz hədəf auditoriyalarına çıxış əldə edir, öz xidmət və məhsullarını tanıda bilirlər. Onlar üçün Bakının gəzməli-görməli yerləri, milli mətbəximizlə tanışlıq üçün kontent-tur təşkil ediləcək. Bu isə qlobal arenada Azərbaycan haqqında geniş məlumat paylaşımı, ölkəmizin dünyada daha da tanınması deməkdir. Azərbaycan Beynəlxalq Bankının “Global Influencer Day”ə sponsorluq dəstəyi də onun qlobal əhəmiyyəti və cəmiyyətimizin gələcəyinə faydalarından irəli gəlir.

Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı, Azərbaycan Respublikasının Turizm Agentliyi, “ADA” Universiteti, Azərbaycandakı ABŞ Ticarət Palatası, Azərbaycan Konqreslər Bürosu, CELA və CAMCA şəbəkələri də “Global Influencer Day”ə dəstək verir.

Reklam hüququnda

Paylaş:
598

Son xəbərlər

Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilibBu gün, 14:21Ceyhun Bayramov Qətərin Baş naziri ilə görüşübBu gün, 13:59“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanılıbBu gün, 13:45Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb - FOTOBu gün, 13:38Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlanıb - SİYAHIBu gün, 13:22Bəzi bölgələrdə yağış yağacaq, sel və daşqın olacaq - XƏBƏRDARLIQBu gün, 13:19Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyən edilib - SİYAHIBu gün, 13:13Mayın ilk günü hava necə olacaq? - PROQNOZBu gün, 13:04Havaya normadan artıq tullantılar atan ictimai iaşə obyektləri müəyyən olunubBu gün, 11:59Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığı genişləndirirBu gün, 11:50Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıbBu gün, 11:35Bakıda iki avtomobilin yarışı nəticəsində yaranan zəncirvari qəzanın görüntüləri - VİDEOBu gün, 11:21İtaliya nəhənglərinin təmsil olunduğu Şourum açıldı - FOTOBu gün, 11:00Nyu-York birjasında təbii qazın qiyməti artıbBu gün, 10:50Tovuzda üstünə benzin tökülərək yandırılan qadın xəstəxanada ölübBu gün, 10:46İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edibBu gün, 10:33Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:27Ali Məhkəmə ilə Əlcəzair Xalq Demokratik Respublikasının Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıbBu gün, 10:12Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülübBu gün, 10:08Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıblarBu gün, 10:05
Bütün xəbərlər