Güllələnən icra başçısının qardaşı oğluna VƏZİFƏ VERİLDİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Güllələnən icra başçısının qardaşı oğluna VƏZİFƏ VERİLDİ

11:19 - 17 / 10 / 2018
Güllələnən icra başçısının qardaşı oğluna VƏZİFƏ VERİLDİ

Prezident İlham Əliyev Elşən Vəliyevin Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Elşən Xanlar oğlu Vəliyev Ukraynanın Çerkassı, Kirovoqrad, Poltava və Vinnitsa vilayətlərini əhatə etməklə Poltava şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilsin.

Xarici İşlər Nazirliyinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.

1news.az bildirir ki, modern.az-ın əldə etdiyi məlumata görə ölkə başçısının fəxri konsul təyin etdiyi Elşən Vəliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyevin oğludur. Xanlar Vəliyev isə Gəncənin güllələnən sabiq icra başçısı Elmar Vəliyevin qardaşıdır.

1news.az

Paylaş:
7269

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər