Müğənni Günel Zeynalovanın başına iş gəldi: “Az qala qopacaqdı” | 1news.az | Xəbərlər
Mədəniyyət

Müğənni Günel Zeynalovanın başına iş gəldi: “Az qala qopacaqdı”

14:00 - 18 / 10 / 2018
Müğənni Günel Zeynalovanın başına iş gəldi: “Az qala qopacaqdı”

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova klip çəkdirib.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, sənətçi çəkilişdə evindəki pianinodan da istifadə edib.  

"Azərbaycanda bütün gənc qızlar cehiz olaraq evində pianino saxlayır. Bu pianino da mənim cehizimdir", - Günel Türkiyə KİV-nə açıqlamasında bildirib. 

Bundan əlavə, müğənni barmağından zədə alığını da qeyd edib: "Barmağım qapı arasında qaldı. Az qala qopacaqdı. Barmağı xilas etdik, amma dırnaq getdi. Klip üçün də məcbur belə bir sarğıyla gizlətməyə çalışdıq". 

1news.az

Paylaş:
1238

Son xəbərlər

Bütün xəbərlər