Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

17:14 - 19 / 10 / 2018
Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,

hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara çaylarında 10-40, Naxçıvan MR Naxçıvançay çayında 5 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, oktyabrın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 125 m3/s olmaqla ongünlük normanın 74 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 255 m3/s olmaqla ongünlük normanın 151 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 14 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 87 m3/s olmaqla, ongünlük normanın 83 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 85 m3/s təşkil edərək ongünlük normanın 79 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, oktyabrın 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik  müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 4 sm artım, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 339 sm (2017-ci il oktyabrın 19-da 372 sm), Şirvanda 199 sm (2017-ci il oktyabrın 19-da 249 sm), Salyanda 141 sm (2017-ci il oktyabrın 19-da 224 sm), Bankədə 167 sm (2017-ci il oktyabrın 19-da 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2017-ci il oktyabrın 19-da 75 sm) təşkil edir. 

1news.az

Paylaş:
300

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər