Professor Fəridə Səfiyevanın “Bir ömrün iziylə” kitabının təqdimatı olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Professor Fəridə Səfiyevanın “Bir ömrün iziylə” kitabının təqdimatı olub – FOTO

09:18 - 19 / 10 / 2018
Professor Fəridə Səfiyevanın “Bir ömrün iziylə” kitabının təqdimatı olub – FOTO

Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Fəridə Səfiyevanın “Bir ömrün iziylə” kitabının təqdimatı olub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Kitab Azərbaycan sovet fəlsəfə tarixinin banisi, Azərbaycan SSR Elmlər Akademiyasının ilk vitse-prezidentlərindən biri akademik Heydər Hüseynovun həyat və yaradıcılığından bəhs edir.

Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru, kitabın elmi redaktoru İzzət Rüstəmov, filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva və digər çıxışçılar nadir arxiv sənədləri, akademikin həmkarlarının, tələbələrinin, ailə üzvlərinin xatirələri əsasında yazılan kitabda bu günə qədər ictimaiyyətə məlum olmayan bir çox məqamlara aydınlıq gətirildiyini qeyd ediblər.

Bildirilib ki, 1935-1950-ci illərdə Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan alimin həyatını faciəli sonluğa gətirib çıxaran hadisələr və səbəblər nəşrdə ilk dəfə açıqlanır.

Kitabda, həmçinin Heydər Hüseynovun biblioqrafiyası, şəxsi arxivində olan sənədlərin siyahısı, onların fotoşəkli, ailə fotoalbomu yer alıb.

S.Xankişiyeva

 

Paylaş:
821

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər