Meteoroloqlardan xəbərdarlıq: külək, yağış, dolu, qar | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: külək, yağış, dolu, qar

13:20 - 25 / 10 / 2018
Meteoroloqlardan xəbərdarlıq: külək, yağış, dolu, qar

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 26-dan 27-si səhərədək güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı gözlənilir.

Oktyabrın 27-də səhər saatlarında yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 26-dan 27-si gündüzədək hava şəraiti kəskin dəyişəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enəcək. Arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

1news.az

Paylaş:
457

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər