Sabaha olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabaha olan hava proqnozu açıqlanıb

13:59 - 25 / 10 / 2018
Sabaha olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabr ayının 26-na olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.  Səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı ehtimalı var.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 16-18, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 748 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 26-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə qərb küləyi güclənəcək.

 Havanın temperaturu gecə 12-17, gündüz 18-23, dağlarda gecə 9-11, gündüz  6-9 dərəcə  isti  təşkil edəcək. 

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 26-dan 27-si gündüzədək Abşeron yarımadasında hava şəraitinin ötən günlə müqayisədə təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi və havanın temperaturunun 10-12 dərəcə aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Babək Cahandarov

Paylaş:
171

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər