Mübariz Qurbanlı: Bakı Beynəlxalq Humanitar Forumu ölkəmizi dünyaya tanıdır

Bu forum siyasi, iqtisadi, mənəvi, psixoloji baxımdan əhəmiyyətlidir.
1news.az-ın məlumatına görə, bunu Bakıda keçirilən 6-cı Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsunin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, forumda 90-a yaxın ölkədən 450-ə qədər nümayəndə iştirak edir.
“Onlar Azərbaycanın multikultural, tolerant dəyərlərini, qazandığı uğurları, Ermənistanın təcavüzünü və onun fəsadlarını, mədəniyyətini, mənəviyyatını, mətbəxini görməklə xalqımız barədə geniş təəssürata malik olurlar. Bu da bizim xeyrimizədir”.
Komitə sədri deyib ki, forunda Prezidentin geniş, uzaqgörən çıxışı oldu. Çıxışda Azərbaycanın uğurları qeyd olundu. Həmçinin, forum bir daha göstərdi ki, Azərbaycan humanitar məsələlərin müzakirə mərkəzinə çevrilib.
P.Sultanova