Moody's agentliyi Kapital Bank-ın reytinqini təsdiqlədi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Moody's agentliyi Kapital Bank-ın reytinqini təsdiqlədi

13:00 - 25 / 10 / 2018
Moody's agentliyi Kapital Bank-ın reytinqini təsdiqlədi

Moody’s Investor Service Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib.

Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur. Agentlik bankın hazırkı kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (BCA) “b1”, yerli və xarici valyutada olan uzunmüddətli depozit reytinqini isə “Ba3” səviyyəsində təsdiqləyərək, reytinqin proqnozunu “stabil” dərəcəsinə yüksəldib.

Kontragentin uzunmüddətli risk dəyərləndirməsini “Ba2 (cr)”, qısamüddətli risk dəyərləndirməsini isə “Not Prime (cr)” səviyyəsində təsdiq edilib. Kapital Bank-ın reytinqinin “stabil” dərəcəsinə yüksəldilməsi həm Azərbaycanda bank əməliyyatları mühitinin təkmilləşməsindən, həm də bankın dövr ərzində xarici şoklara qarşı ödəmə qabiliyyətinin davamlığından irəli gəlir.

“Son illərin çətin iqtisadi mühitinə baxmayaraq, bank aktivlərin keyfiyyətini qoruyub saxlamağa müvəffəq oldu, problemli kredit əmsalı isə cəmi 6-7% təşkil edir ki, bu da 2015-2017-ci illərdə sektorda ən yaxşı göstəricilərindən biridir. Bankın kredit portfelinin keyfiyyəti orta hesabla ölkədəki göstəricilərdən daha yaxşıdır. Bunun əsas səbəbi bankın xarici valyutada olan kreditlərinin məhdud olması, dövlət qurumları ilə əməkdaşlığı, həmçinin əmək haqqı və təqaüd layihələrində iştirak etməsidir”, - deyə hesabatda qeyd olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
413

Son xəbərlər

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTOBu gün, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edibBu gün, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçiribBu gün, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıbBu gün, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilirBu gün, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQBu gün, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransıBu gün, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdürBu gün, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıbBu gün, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTOBu gün, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublarBu gün, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edirBu gün, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibBu gün, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilibBu gün, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilibBu gün, 13:52Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblarBu gün, 13:51
Bütün xəbərlər