Azərbaycanda faciəvi şəkildə ölən şirkət əməkdaşının FOTOLARI | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda faciəvi şəkildə ölən şirkət əməkdaşının FOTOLARI

11:47 - 26 / 10 / 2018
Azərbaycanda faciəvi şəkildə ölən şirkət əməkdaşının FOTOLARI

Ağcabədidə yol tikinti şirkətinin əməkdaşının öldüyü hadisənin təfərrüatları məlum olub.

Elektrik cərəyanı vurması nəticəsində vəfat edən Çələbiyev Orxan Fətulla oğlu Ağdaş rayonunun Nehrəxələli kənd sakini olub. O, uzun müddət imiş ki, Azərbaycanda fəaliyyət göstərən Türkiyənin "Polat yol yapı" şirkətində çalışırmış.

Bədbəxt hadisə isə ehtiyatsızlıqdan baş verib. Belə ki, Ağcabədi-Zərdab yolunun tikintisi ilə əlaqədar Taxtakörpü qəsəbəsi yaxınlığındakı əraziyə gələn O.Çələbiyev aliminuimdan hazırlanmış və açılıb bağlanan aləti götürdüyü zaman 5 metrlik qurğu yuxarıdan keçən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə gənc şirkət işçisini cərəyan vurub və o, hadisə yerindəcə ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Bədbəxt hadisə nəticəsində vəfat edən O.Çələbiyevin fotolarını təqdim edirik.

Mənbə: publika.az

S.Xankişiyeva

 

Paylaş:
822

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər