SAVALAN şərabları dünyanın ən böyük ərzaq sərgisində - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

SAVALAN şərabları dünyanın ən böyük ərzaq sərgisində - FOTO

10:30 - 30 / 10 / 2018
SAVALAN şərabları dünyanın ən böyük ərzaq sərgisində - FOTO

Dünyanın ən böyük qida sərgisi hesab olunan SIAL Paris bu il Parisdə növbəti dəfə baş tutub.

Azərbaycanın Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Fransadakı səfirliyimizin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birbaşa təşkilatçılığı ilə bir çox yerli məhsul, o cümlədən ASPI Winery şirkəti tərəfindən istehsal olunan SAVALAN şərabları “Made in Azerbaijan” vahid ölkə pavilyonunda sərgi ziyarətçilərinə təqdim olunub.

Sərgidə  SAVALAN şərabları  özünün Cabernet Sauvignoun Ripassato, Limited Release, Syrah, Elisa və Petit Verdot növləri ilə təmsil olunub və öz yüksək keyfiyyəti ilə qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Xüsusilə, Fransız qonaqlarının diqqətini Fransız üzüm növü hesab edilən Peti Verdo üzümündən hazırlanan SAVALAN Petit Verdot şərabı cəlb edib. 

Sərgidə SAVALAN şərablarının təqdimatında şirkət rəhbərləri Fuad Seyidəliyev və Arif Rəhimov iştirak ediblər. 

SİAL Paris  ərzaq sərgisində Azərbaycan şirkətlərinin iştirakı AZPROMO-un təşkilatçılığı ilə baş tutub.  Ölkə prezidenti İlham Əliyevin “Made in Azerbaijan” brendinin xarici bazarda tanıdılması məqsədilə imzaladığı fərmanının icrasına uyğun olaraq AZPROMO yerli şirkətlərin tanıdılması, onların ixrac qabiliyyətinin artırılması üçün əlverişli imkanlar yaradır. SAVALAN şərablarının istehsalçısı ASPI Winery şirkəti də öz növbəsində hər zaman bu kimi imkanlardan bəhrələnir. 

Sərgi çərçivəsində Azərbaycan şirkətlərinin nümayəndələri Fransanın kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distribüterlərlə görüüb, ixrac məsələlərinə dair müzakirələr aparıblar. 

Qeyd edək ki, 1964-cü ildən dünyanın müxtəlif ölkələrində keçirilən SIAL sərgisində bu il 109 ölkədən 7 mindən çox şirkət iştirak edib.  Bu şirkətlər ərzaq sahəsində 23 sektoru əhatə edir.

SİAL Paris sərgisində iştirak etməklə yanaşı, Azərbaycan şərabları, həmçinin Parisdə yerləşən nüfuzlu Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatında (OİV) da təqdim edilib. Təqdimatda Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov da iştirak edib.

Tədbirdə çıxış edən Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş direktoru Jan-Mari Oran Azərbaycana səfərindən, qədim şərabçılıq ənənələrimizdən, ölkəmizdə üzümçülüyün inkişafına göstərilən dövlət qayğısını vurğulayıb.

Tədbirdə dünyanın tanınmış şərab mütəxəssisləri, somalyeləri SAVALAN şərablarını dequstasiya edərək öz müsbət fikirlərini səsləndiriblər. 

Reklam hüququnda

 

 

 

Paylaş:
1093

Son xəbərlər

QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb - FOTO20 / 05 / 2024, 19:42Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEO20 / 05 / 2024, 19:18Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib20 / 05 / 2024, 18:05“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib20 / 05 / 2024, 17:49“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib20 / 05 / 2024, 17:45Ağdamda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə20 / 05 / 2024, 17:34Mərkəzi Bank yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb20 / 05 / 2024, 17:25Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb20 / 05 / 2024, 17:04Qarabağ Universitetinin rektoru təyin edilən Şahin Bayramov kimdir? - DOSYE20 / 05 / 2024, 17:01Qarabağ Universitetinə rektor təyin edilib20 / 05 / 2024, 16:56Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilib20 / 05 / 2024, 16:51Lisey və gimnaziyalara qeydiyyat başlayıb20 / 05 / 2024, 16:37Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə edib20 / 05 / 2024, 16:20Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar20 / 05 / 2024, 16:12Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEO20 / 05 / 2024, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıb20 / 05 / 2024, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB20 / 05 / 2024, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilib20 / 05 / 2024, 14:55Xankəndiyə prokuror təyin edilib20 / 05 / 2024, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTO20 / 05 / 2024, 14:51
Bütün xəbərlər