Bakıda 59 yaşlı kişi 5 yaşlı uşağı zorlamaq istədi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 59 yaşlı kişi 5 yaşlı uşağı zorlamaq istədi

12:06 - 31 / 10 / 2018
Bakıda 59 yaşlı kişi 5 yaşlı uşağı zorlamaq istədi

Bakıda azyaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Nəsimi rayon sakini olan 33 yaşlı qadın polisə müraciət edərək bu barədə məlumat verib.

O bilidirib ki, qonşusu, 59 yaşlı kişi onun 5 yaşlı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

İlkin araşdırmadan sonra həmin kişi saxlanılıb və Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri; təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq davam etdirilir.

1news.az

Paylaş:
829

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər