Kapital Bank "Uşaqların İnternetdə təhlükəsizliyi" layihəsində iştirak edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank "Uşaqların İnternetdə təhlükəsizliyi" layihəsində iştirak edib

13:07 - 02 / 11 / 2018
Kapital Bank "Uşaqların İnternetdə təhlükəsizliyi" layihəsində iştirak edib

Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilən “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində yaradılan “Valideyn-internet təhlükəsizliyi və nəzarət” proqramına (kidsafe) dəstək göstərib. Layihə əsasında uşaqların internetdən daha təhlükəsiz istifadə etməsi üçün xüsusi tətbiq hazırlanıb, istifadəyə verilib.

Bu münasibətlə 1 noyabr 2018-ci il tarixində Kapital Bank ilə Dövlət Komitəsi arasında memorandum imzalandı. İmzalanma mərasimində Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iştirak edib.

“Son illər rəqəmsallaşma tendensiyaya çevrilib və hamı bu istiqamətdə müəyyən işlər görür. Amma bu zaman uşaqların təhlükəsiz internetdən istifadəsini də unutmamalıyıq. Bunu nəzərə alıb, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Uşaqların təhlükəsiz interneti” layihəsində iştirak etdik. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, həmçinin onların daxil olduğu elektron səhifələr və sorğular barədə valideynlərin məlumatlandırılmasına xidmət edir. Hesab edirəm ki, sadalanan problemlərin aradan qaldırılması, uşaqların inkişafına və təhsilinə müsbət təsir göstərəcək”, - deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

Qeyd edək ki, yeni tətbiqi www.kidsafe.az saytından yükləmək olar. Uşaqların proqramdan istifadəsi zamanı keylogger sistemi işə düşəcək və onların daxil olduqları vebsaytlar, proqramlar, həmçinin digər məlumatlar qeyd edilərək, valideynə ötürüləcək.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
552

Son xəbərlər

Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13
Bütün xəbərlər