Gələn ay dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Gələn ay dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək

17:40 - 05 / 11 / 2018
Gələn ay dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək

Dövlət əmlaklarının özəlləşdirilməsində keçirilən hərraclar investorların prosesə rahat şəkildə qoşulmasını təmin edir. Bu elektron hərrac sisteminin imkanları sayəsində mümkün olur.

Vətəndaş işdə, evdə, internetin olduğu hər yerdə seçdiyi dövlət əmlakını sifariş verib iştirakçıya çevrilə bilər. Onlayn izləmə və qatılmaq imkanı həm sifarişçilərin, həm də hərracla maraqlanan ziyarətçilərin elə olduqları məkanda prosesdə iştirak etmələrinə şərait yaradır.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 4 dekabr tarixində keçiriləcək. Komitənin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, ayın ilk hərracında vətəndaşlar 122 dövlət əmlakı üzrə seçim edə biləcək. Bunlardan 76-sı kiçik dövlət müəssisə və obyekti, 21-i qeyri-yaşayış sahəsi, 17-si səhmdar cəmiyyəti, 8-i isə nəqliyyat vasitəsidir.

Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisələrinə mağazalar, restoranlar, təsərrüfat sahələri, poliklinika və digər əmlaklar aiddir. Bu dövlət obyektlərinin ümumi faydalı sahəsi 20 kv.m ilə 3813 kv.m aralığındadır. Kiçik dövlət müəssisələrindən biri Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Əmlak kompleksidir. Obyektin ümumi faydalı sahəsi 838.3 kv.m, birlikdə özəlləşdiriləcəyi torpaq sahəsi isə 2853.4  kv.m-dir. İnvestora yüksək gəlir qazandıra biləcək əmlaklar kimi Qusar Tədarük Satış Bazasını, Şəmkir yun tədarükü məntəqəsini, paytaxtın Xəzər rayonunda yerləşən yardımçı təsərrüfatı, 4 saylı kafeni də göstərmək olar.

Kiçik biznes fəaliyyətində əlverişli xidmət və ofis obyekti kimi istifadəyə imkan verən qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 14,4 kv.m ilə 1612,1 kv.m intervalındadır. Bu növ dövlət əmlaklarından 5-i Sumqayıtda, digərləri isə paytaxtın ayrı-ayrı rayonlarında yerləşir. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 49.2 kv.m-dir.

Məlumata görə, hərraca çıxarılan səhmdar cəmiyyətləri arasında kəndkimya, nəqliyyat, təmir, istehsal və digər iqtisadi sahələrdən olan müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Ucar Tikinti Avtonəqliyyat”, “Lənkəran Mebel”, “Əli Bayramlı Aqrotəmir” və digərləri aiddir. İnvestorlar hərracda iştirak edərək bu səhmdar cəmiyyətlərinin dövlətə məxsus 30-45%-lik səhm paketlərini özəlləşdirə bilər.

Özəlləşdiriləcək nəqliyyat vasitələrinin markaları və istehsal tarixləri müxtəlifdir. Vaz, Nissan, BMW, Mercedes kimi şirkətlərin  istehsal etdiyi avtomobillərin buraxılış tarixi 1985-2006 illəri əhatə edir. Bütün dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və sifariş vermək üçün hər kəs komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Bu elektron mənbələrdə hərraca çıxarılan hər bir obyektin adı, ünvanı, ümumi faydalı sahəsi, eləcə də digər əmlaklar barədə lazımi informasiya mövcuddur.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

1news.az

Paylaş:
415

Son xəbərlər

Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13
Bütün xəbərlər