Bakıda qəssabdan ağlasığmaz addım: inəyin ağzını... – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qəssabdan ağlasığmaz addım: inəyin ağzını... – FOTO

13:38 - 06 / 11 / 2018
Bakıda qəssabdan ağlasığmaz addım: inəyin ağzını... – FOTO

Bakı şəhər Nərimanov rayonu ərazisində ət mağazasının qarşısında kəsilməsi üçün saxlanılan heyvanın ağzının yapışqanlı lentlə bağlanması sakinlərin diqqətini cəlb edib.

1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, Təbriz küçəsi 23-27 ünvanının qarşısında qəssab inəyi çöldə dəmir zəncirlə bağlayıb və böyürərək əhalini narahat etməməsi üçün ağzını "skoçla" bükərək səs çıxarmasının qarşısını alıb.

Foto sosial şəbəkələrdə yayılandan sonra geniş müzakirə predmetinə çevrilib və inəyə qarşı edilənlərin qeyri-insani hərəkət olduğu vurğulanıb.

1news.az

Paylaş:
5114

Son xəbərlər

Bütün xəbərlər