Bakıda ikinci Tanqo Festivalı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ikinci Tanqo Festivalı keçiriləcək

14:54 - 06 / 11 / 2018
Bakıda ikinci Tanqo Festivalı keçiriləcək

16-18 noyabr tarixlərində   Landmark Hotel,  IN Tango Baku, Tango On və El Club de Tangnun dəstəyi, Argentinanın Bakıdakı səfirliyinin və The Landmark Hotel təşkilatçılığı ilə Bakıda ikinci Tango Festivalı keçiriləcək.

1news.az-a Argentinanın Bakıdakı səfirliyindən verilən məlumata görə, Festivalın 3 gün ərzində Argentina, Gürcüstan və Türkiyədən dəvət olunmuş 4 tanqo cütlüyü tərəfindən yeni başlayanlar və orta səviyyə rəqs edənlər üçün təmamilə pulsuz tanqo  dərslər veriləcək.

Festivalın əsas tədbiri olan Qala Gecə şənbə günü axşam 20:00-da başlayacaq. Burada yerli və beynəlxalq rəqqasların qısa rəqs performansları baş tutacaq. Performanslar arasında rəqs meydanı Alelsey Miltix (violonçel), Ceyla Seyidova (skripka), Səidə Tağı-zadənin (piano) ifasında  canlı tanqo musiqisinin müşayəti ilə  ictimai tango rəqsləri üçün açıq olacaq, belə ki, hər kəs rəqs edərək və ya yalnız masa arxasında  bir şey içərək  Arqentin tango mühitini hiss edə biləcək.

P.Sultanova

Paylaş:
419

Son xəbərlər

Bütün xəbərlər