Pensiyaların orta məbləği 240 manatdan çox olacaq - Nazir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Pensiyaların orta məbləği 240 manatdan çox olacaq - Nazir

16:53 - 06 / 11 / 2018
Pensiyaların orta məbləği 240 manatdan çox olacaq - Nazir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 95%-dən çoxu əhaliyə ödənişlərdir. Bu ödənişlər vasitəsilə ölkədə pensiyanın orta məbləğinin artırılması və 240 manatı keçməsi planlaşdırılır.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, bunu nazir Sahil Babayev bildirib. 

Xatırladaq ki, "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsində DSMF-nin gələn il üçün gəlirləri və xərcləri 3 928 104 000 manat məbləğində nəzərdə tutulub. 

Sənədə əsasən, 2019-cu ildə DSMF-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 2 419 371 590 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə gəlirləri 811 687 000 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə gəlirləri 110 684 590, qeyri-büdcə sektoru üzrə gəlirləri 1 497 000 000 manat, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə gəlirləri 65 000 000, sair gəlirləri isə 6 000 000 manat təşkil etməlidir.

1news.az

Paylaş:
619

Son xəbərlər

Bütün xəbərlər