Bu şəxslərin maaşı artrılacaq

Bu il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, 2019-cu ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin 2019-cu ildə əmək haqlarının artırılması qərarı verilib.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov deyib.
O bildirib ki, bu qərarın maliyyə təminatının növbəti ildə yaradılması məqsədilə əlavə 620 milyon manat məbləğində vəsait tələb olunur: "Bu da 2019-cu ilin dövlət büdcəsində əksini tapıb”.
Nazir qeyd edib ki, eyni zamanda pensiya təminatı sahəsində, əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manatın ayarılması nəzərdə tutulub.
S.Xankişiyeva
442