Bakıda poliklinikada bədbəxt hadisə: 7 həkim zəhərləndi, pasiyentlər təxliyyə olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda poliklinikada bədbəxt hadisə: 7 həkim zəhərləndi, pasiyentlər təxliyyə olundu

15:02 - 08 / 11 / 2018
Bakıda poliklinikada bədbəxt hadisə: 7 həkim zəhərləndi, pasiyentlər təxliyyə olundu

Bakıda 8 saylı şəhər poliklinikasında 8 nəfər zəhərlənib.

1news.az-ın A24.az-a istinadla verdiyi xəbərə görə, bu dəqiqələrdə Bakının Nərimanov rayonunda yerləşən 8 saylı şəhər poliklinikasının binasına qaz iyinin daxil olmasından sonra 8 nəfər xəstəxana işçisi zəhərlənib.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov faktı təsdiq edib.

O bildirib ki, xəsətəxanada qəfildən dəm qazının qoxusu gəlib:

“Eyni zamanda, poliklinika qazlaşdırılmış bina deyil. Ona görə də təlimata uyğun olaraq xəstəxananın bütün həkim heyəti və bütün xəstələr təxliyyə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hazırda binanın içərisində dəm qazı qoxusunun haradan daxil olduğu araşdırılır.

Poliklinikanın 7 həkimi və bir mühasibi zəhərlənmə diaqnozu ilə Toksikologiya şöbəsinə yerləşdirilib. Onların mədələri yuyulub və evə buraxılıb”  – deyə, Pərviz Əbubəkirov qeyd edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

 

 

Paylaş:
1236

Son xəbərlər

Bütün xəbərlər