Mələkxanım Mirkamildən danışdı: İstəyir ki, ona nifrət etsinlər... – FOTO   | 1news.az | Xəbərlər
Mədəniyyət

Mələkxanım Mirkamildən danışdı: İstəyir ki, ona nifrət etsinlər... – FOTO  

15:54 - 08 / 11 / 2018
Mələkxanım Mirkamildən danışdı: İstəyir ki, ona nifrət etsinlər... – FOTO  

“Mirkamili övladlarımdan seçməmişəm, onlardan artıq sevirəm.  Məktəbi bitirəndən bəri bütün dayağı mən olmuşam. Hər şey xalqın gözünün qarşısında olub.  Elə şeylər var ki, danışmaq olmur”.

1news.az-ın Qafqazinfo -ya istinadla verdiyi xəbərə görə, bu sözləri xalq artisti Mələkxanım Əyyubova açıqlamasında bacısı oğlu, müğənni Mirkamil Kamilovun Instaqram-dakı qəribə paylaşımlarına münasibət bildirərkən deyib. Məşhur xanəndə Mirkamilin “Xalq ulduzu” yarışmasından sonra özünə qapandığını qeyd edib:

“Uşaqlıqdan Mirkamilin ürəyində azacıq problem var idi. Əvvəlcə, Bakıda Rəşad adlı həkimlə danışdıq, amma getmədi. Daha sonra İranla danışıqlar aparıldı və orada əməliyyat olundu. Nə dərəcədə doğru, düzgün edilməsi barədə məlumatsızam. Həmin dövrdə Amerikada idim, yanında Aybəniz xanım Haşımova olub.  4-5 il keçsə də, Mirkamil əməliyyatdan sonra çapalayır.  Elə bil ki, həyatından bezib.

Yumoru olan bir gəncdir. Sosial şəbəkələrdə nəsə yazanda belə düşünürük ki,  zarafat edir, şou göstərir. Elə şeylər var ki, onu yumora da çevirmək olmaz. Çünki xalq onu çox sevir. Sadəcə olaraq Mirkamil “Xalq ulduzu”ndan sonra səhnədən qaçdı, çox sevgi, istək gördü və insanlardan uzaqlaşdı. Özünə qapandı, daha sonra ürəyi də belə oldu”.

Xalq artisti onun Mirkamilə dəstək olmadığını iddia edənlərə də cavab verib: “Mən onu hər dəfə efirə çağırıram, amma gəlmir. Deyir ki, xala, ürəyim ağrıyır, dözə bilmirəm.  Mən də məcbur razılaşırdım. Daha sonra efirə Ramalgillə (qardaşı oğlu, müğənni Ramal İsrafilov) çıxırdım. Hamı yazırdı ki, Mirkamili özünə yaxın buraxmadı. Hər şeyi danışmaq olmur. İnsanlara bir-bir yazım ki, səhhətində problem var”.

M.Əyyubova deyir ki, ifaçı insanların gözündən düşmək üçün bilərəkdən belə edir: “4-5 ay olar ki, bizə gəldi. Ağlı başında, heç bir psixoloji problemi olmayan bir vəziyyətdə idi. Mənə dedi ki, xala, hərdən o qədər əsəb keçirirəm, istəyirəm ki, xalq məndən incisin, nifrət etsin və uzaqlaşsınlar. Bəlkə də, bu cəhətdən özünü belə aparır ki, insanlar ondan üz çevirsin. Bunu dəqiqliyi ilə mən açıqlaya bilməyəcəm. Bir onu bilirəm ki, Mirkamilin pis bir işi yoxdur. Onun problemi ürəyi ilə bağlıdır. Heç kimə qulaq asmır! Olmaz belə...

Mirkamil özü-özünə qara yaxır ki, insanlar onu sevməsin. O deyir ki, özümü elə aparıram ki, hamı düşünsün ki, dəli olub. Nə bilirəmsə, sizə onu deyirəm.  Məni qınamasınlar, Mirkamil özü bizdən uzaqlaşır. Evimdə olanda ürəyinin üstünə yumruqlar vurdu, dedi ki, xala, dözə bilmirəm (ağlayır). Allah eləməsin, ona bir şey olsa, heç kim onun üçün ağlamasın deyə belə edir. Allaha and olsun, o, ürəyini məndən başqa heç kimə açmır. Nə deyəcəyimi bilmirəm”.

S.Xankişiyeva

 

 

 

Paylaş:
4515

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər