Xalq artisti Amalya Pənahova dəfn olunub – FOTO

Azərbaycanın xalq artisti Amalya Pənahova“Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
1news.az-ın məlumatına görə, dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, tanınmış mədəniyyət və incəsənət xadimləri, dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, görkəmli sənətkar ötən gün uzun sürən xəstəlikdən sonra 73 yaşında vəfat edib.
Xatırladaq ki, Amalya Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1962-1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. 1964-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən Amalya Pənahova burada 1992-ci ilədək səhnə fəaliyyətini davam etdirib. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və ömrünün sonunadək həmin teatra rəhbərlik edib. O, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, ikinci çağırış Milli Məclisinə deputat seçilib. “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
1news.az