AZAL Bakıdan Pekinə  və əks istiqamət üzrə uçuşlara yeni aksiya keçirir | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL Bakıdan Pekinə  və əks istiqamət üzrə uçuşlara yeni aksiya keçirir

12:17 - 12 / 11 / 2018
AZAL Bakıdan Pekinə  və əks istiqamət üzrə uçuşlara yeni aksiya keçirir

“Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Pekinə və əks istiqamətdə uçuşlar üzrə yeni aksiya barədə elan edir.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən,  2018-ci il dekabrın 1-dən  2019-cu il martın 26-dək yerinə yetirilən  uçuşlarda ekonom-sinif üzrə aviabiletin tam dəyəri:

Bakı-Pekin-Bakı  marşrutu üzrə - 399 avro

Pekin-Bakı-Pekin marşrutu üzrə - 450 ABŞ dolları təşkil edəcək .

Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilmişdir.

Qeyd edək ki, endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur .  Aviabiletin dəyərinə pulsuz baqaj (23 kq-dək 1 yer), əl yükü (10 kq-dək, 55*40*23 sm-dək ölçüdə) və hava gəmisində isti yemək daxildir.

Endirimli qiymətlərlə aviabiletləri  www.azal.az saytında , həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Balların avtomatik hesablanması məqsədilə,  aviabilet alarkən müvafiq qrafada AZAL Miles proqramında iştirakçı nömrənizi qeyd etməlisiniz.

AZAL Miles bonus proqramı barədə ətraflı məlumat Aviaşirkətin www.miles.azal.az  saytında təqdim edilmişdir. Proqram iştirakçısı olmayan şəxslərə http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az keçidi vasitəsilə qeydiyyatdan keçməyi təklif edirik.

Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə müraciət edilməlidir:

(+99412) 598-88-80; Azərbaycandan zənglər üçün qısa nömrə: *8880.

Elektron poçt: [email protected]

AZAL Miles bonus proqramına dair sualları [email protected] ünvanına, yaxud  www.azal.az saytında doldurulan  əlaqə forması vasitəsilə göndərə bilərsiniz.

S.Xankişiyeva

 

 

 

Paylaş:
718

Son xəbərlər

Bütün xəbərlər