Türkiyədən Mübariz İbrahimovla bağlı möhtəşəm süjet – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyədən Mübariz İbrahimovla bağlı möhtəşəm süjet – VİDEO

10:33 - 13 / 11 / 2018
Türkiyədən Mübariz İbrahimovla bağlı möhtəşəm süjet – VİDEO

Türkiyəli tanınmış aparıcı, Türkiyə Xəbər Mərkəzinin baş rejissoru Əbdürrəhman Uzun Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında süjet hazırlayıb.

1news.az-ın Publika.az-a istinadla verdiyi xəbərə görə, süjetdə jurnalist Mübariz İbrahimovun keçdiyi döyüş yolundan bəhs edir.

Həmçinin Azərbaycanın işğal edilmiş ərazilərindən, ermənilərin törədiyi cinayətlərdən danışır. A.Uzun M.İbrahimovun şəhidlik mərtəbəsinə ucaldığı gündən danışır və bununla da şəhid qardaşlarının intiqamını aldığını vurğulayır:

“Mübariz İbrahimov haqsızlığa, zülmə, işğala təkbaşına baş qaldırmış, şəhadət şərbətini içmiş türk qəhrəmanıdır. Allah şəhadətini qəbul etsin. Allah övladlarımıza da bu vətən sevdasını nəsib etsin. Hamımız Mübarizik!”

S.Xankişiyeva

 

Paylaş:
635

Son xəbərlər

Bütün xəbərlər