Büdcə ilə bağlı təkliflərə baxılması üçün hökumətə vaxt verildi
Milli Məclis 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə səsləndirilən təkliflərə baxılması üçün hökumətə noyabrın 23-ə qədər vaxt verib.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov deyib. O qeyd edib ki, büdcə paketinə daxil olan sənədlərin müzakirələri yekunlaşıb.
Spiker bildirib ki, noyabrın 23-də Milli Məclisin növbəti iclası keçiriləcək və hökumət səsləndirilən təkliflərə münasibət bildirəcək.
O.Əsədov əlavə edib ki, 2019-cu ilin dövlət büdcəsinə daxil olan sənədlərin 3-cü oxunuşda müzakirəsi noyabrın 30-da baş tutacaq və həmin iclasda sənədlər qəbul olunmaq üçün yekun səsverməyə çıxarılacaq.
1news.az
533