Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

17:40 - 19 / 11 / 2018
Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,

hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 50-130, Kiçik Qafqazın çaylarında 90-100, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 60-80 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, noyabrın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 228 m3/s olmaqla ongünlük normanın 130 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 160 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 102 m3/s olmaqla, ongünlük normanın 119 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 39,5 m3/s təşkil edərək ongünlük normanın 46 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, noyabrın 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 17, Şirvanda 12, Salyanda 8, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 5 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 395 sm (2017-ci il noyabrın 19-da 367 sm), Şirvanda 285 sm (2017-ci il noyabrın 19-da 257 sm), Salyanda 255 sm (2017-ci il noyabrın 19-da 217 sm), Bankədə 234 sm (2017-ci il noyabrın 19-da 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 125 sm (2017-ci il noyabrın 19-da 90 sm) təşkil edir. 

1news.az

Paylaş:
715

Son xəbərlər

Bütün xəbərlər