Gəncədə yaşayış binasında partlayış:ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində dördmərtəbəli binada partlayış olub.
1news.az "report"a istinadla xəbər verir ki, hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.
Nəticədə 3-cü blokun bir hissəsi çöküb.
Məlumata görə, partlayış zamanı ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb. Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılılb.
Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.
1news.az
571