Təhsil naziri məktəb direktorunun döyülməsindən danışdı
Təhsil naziri Ceyhun Bayramov Bakıda məktəb direktorunun döyülməsi hadisəsinə münasibət bildirib.
1news.az xəbər verir ki, C.Bayramov bu gün keçirdiyi mətbuat konfransında aktyor Rza Rzayev tərəfindən 175 saylı məktəb direktorunin döyülməsi halının Azərbaycan cəmiyyəti üçün nadir, qeyri-adi hal olduğunu deyib:
"Azərbaycan cəmiyyətində həmişə müəllimə böyük hörmət görmüşük. Müəllimə qarşı fiziki gücün tətbiqi qəbuledilməzdir. Biz bilirik ki, hüquq-mühafizə orqanları araşdırma aparırlar. Hesab edirəm ki, bu işə düzgün hüquqi qiymət veriləcək".
1news.az
426