“Uşaq Avroviziya-2018” mahnı müsabiqəsinin qalibi Polşa oldu | 1news.az | Xəbərlər
Mədəniyyət

“Uşaq Avroviziya-2018” mahnı müsabiqəsinin qalibi Polşa oldu

21:55 - 25 / 11 / 2018
“Uşaq Avroviziya-2018” mahnı müsabiqəsinin qalibi Polşa oldu

Minskdə keçirilən “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində səsvermənin nəticələri açıqlanıb.

Səsvermənin yekunlarına əsasən müsabiqədə Polşa təmsilçisi qalib gəlib.

Müsabiqənin budəfəki finalı rekord sayda iştirakçı ilə xarakterik olub. Finalda Ukrayna, Portuqaliya, Qazaxıstan, Albaniya, Rusiya, Niderland, Azərbaycan, Belarus, İrlandiya, Serbiya, İtaliya, Avstraliya, Gürcüstan, İsrail, Fransa, Makedoniya, Ermənistan, Uels, Malta və Polşa təmsilçiləri yarışıblar.

Paylaş:
769

Son xəbərlər

Bütün xəbərlər