İsveçrənin Stein şəhərində Azərbaycan mədəniyyətinin təqdimatı olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İsveçrənin Stein şəhərində Azərbaycan mədəniyyətinin təqdimatı olub – FOTO

14:06 - 26 / 11 / 2018
İsveçrənin Stein şəhərində Azərbaycan mədəniyyətinin təqdimatı olub – FOTO

Noyabrın 24-də Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin dəstəyi ilə “Azərbaycanın dostları” diaspor təşkilatı İsveçrənin Stein şəhərində “Birlikdə bayram edək” şüarı altında təşkil olunan multukultural festival çərçivəsində Azərbaycan mədəniyyətinin təqdimatını keçirib.

1news.az-ın verdiyi xəbərə görə, tədbir zamanı Azərbaycanın əməkdar artisti, tanınmış xoreoqraf  Mais Nuriyevin rəhbərliyi altında fəaliyyət göstərən qrupun milli rəqslərimizdən ibarət çıxışı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

400 nəfərdən artıq qonağın iştirak etdiyi tədbir çərçivəsində yaradılmış və müxtəlif növ milli kulinariya nümunələrimizin təqdim olunduğu Azərbaycan stendinə iştirakçılar tərəfindən böyük maraq göstərilib.

Qeyd edək ki, İsveçrədə “Birlikdə bayram edək” şüarı altında ənənəvi olaraq təşkil olunan festival bu ölkədə ən tanınmış multukultural tədbirlərdəndir.

S.Xankişiyeva

Paylaş:
407

Son xəbərlər

Cəlilabad sakini suda boğulubBu gün, 15:37Ötən gün itkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılıbBu gün, 15:20Xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlanılıbBu gün, 15:07Suraxanıda mənzildə meyit tapılıbBu gün, 14:53Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 14:37FHN əməliyyat görüntüsü yayıb - VİDEOBu gün, 14:20Azercell Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başladıBu gün, 13:59Bakıda ağır qəza olub, üç nəfər ölübBu gün, 13:55Myanma Prezidenti İlham Əliyevi təbrik edibBu gün, 13:34İyunun 2-də hava şəraitinin necə keçəcəyi gözlənilir?Bu gün, 13:16Uruqvay Prezidenti dövlət başçısına təbrik məktubu göndəribBu gün, 13:03Vyetnam Prezidenti İlham Əliyevi təbrik edibBu gün, 12:39Yevlaxda 4 otaqlı evdə yanğın olubBu gün, 12:18Prezident mülki aviasiya işçilərini təltif edib - SİYAHIBu gün, 11:54Azərbaycan neftinin qiyməti 83 dollardan aşağı düşübBu gün, 11:43Xankəndidə 41 avtomat, 16 mindən çox müxtəlif çaplı patron tapılıbBu gün, 11:31Elan saytlarında saxta məlumatlar yerləşdirərək dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:14DSX: Ötən ay dövlət sərhədini pоzduqlarına görə 126 nəfər saxlanılıbBu gün, 11:12“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün tədbir təşkil ediblər - FOTO - VİDEOBu gün, 11:10Dünya bazarlarında qızıl və gümüş ucuzlaşıbBu gün, 10:58
Bütün xəbərlər