Azərbaycanda süpürgəçi qadın 8 yaşlı oğlu ilə parkda yatır – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda süpürgəçi qadın 8 yaşlı oğlu ilə parkda yatır – VİDEO

13:47 - 27 / 11 / 2018
Azərbaycanda süpürgəçi qadın 8 yaşlı oğlu ilə parkda yatır – VİDEO

Bərdə rayonunda yaşayan Nazilə Musayeva adlı qadın acınacaqlı vəziyyətdədir.  

1news.az-ın Baku.ws-ə istinadən verdiyi xəbərə görə, onun yaşayışı haqda sosial şəbəkədə video yayımlanıb. 

Bildirilir ki, Naziləni uşaq ikən İmişlinin Nurlu kəndində yaşayan Əzizulla adlı şəxs internatdan övladlığa götürüb. Ailə onu istismar (qız uşağına uyğun olmayan işlər gördürməklə) etdikdən sonra evli bir bəyə ərə verib. Nazilənin ondan övladı dünyaya gəldikdən sonra isə, həmin bəy onu tərk edir. 

Süpürgəçi işləyən Nazilə ayda 123 AZN maaş alır. Bu isə onun gündəlik xərclərini qarşılamır. Kirayə pulunu vaxtlı-vaxtında ödəyə bilməyən qadın həmin evdən çıxarılıb və hazırda 1 övladı ilə küçələrdə yaşayır. Nazilənin 8 yaşlı oğlu maddi imkansızlıqdan təhsilini davam etdirə bilmir. 

Ailəyə yardım etmək istəyənlər, (050) 210 27 35 (Xəyyam bəy) nömrəsi ilə əlaqə saxlaya bilərlər. 

1news.az

Paylaş:
693

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər